07:20 20 Sentyabr 2019 48
Ana səhifə Xəbərlər

Saleh Məmmədov: “Rusiya və Gürcüstan istiqamətində yeni yollar...”

“Bakı şəhərindən Rusiya Federasiyasına qədər çəkilən yeni magistral yol 2020-ci ilin sonuna qədər istismara veriləcək”.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu açıqlamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov verib: “2019-cu ilin 9 ayı ərzində Bakı şəhəri ilə Rusiya Federasiyasını birləşdirən, Samur çayı sahilinə qədər yeni avtomobil yolunun çəkilişi davam etdirilir. Bu yolun artıq 80 kilometr hissəsi asfaltlanıb, asfalt-beton örtüyü ilə təmin olunub. Yerdə qalan hissələrində yol əsasının tikintisi və yol üzərində olan süni qurğuların tikintisi davam etdirilir. 2020-ci ilin sonuna qədər yeni yol tam başa çatdırılıb, istismara veriləcək”.

Saleh Məmmədov respublikanın qərb bölgəsində də işlərin davam etdirildiyini deyib: “Eyni zamanda Gəncədən “Qırmızı körpü” deyilən əraziyə qədər 2 cərgəli mövcud avtomobil yolunun 4 cərgəli avtomobil yoluna çevrilməsi - yəni, 1-ci dərəcəli yol şəklində istismara verilməsi üçün hazırda tikinti işləri aparılır. Bu yol 2021-ci ilin ilk 6 ayı ərzində yekunlaşıb istismara verilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov Sabirabad rayonunda qəbul keçirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın