14:00 08 Avqust 2019 71
Ana səhifə Xəbərlər

Şamaxıda iki avtomobil toqquşdu - YARALILAR VAR

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Məlhəm kəndində qeydə alınıb. "VAZ 2109" markalı, 10 FM 738 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn "ZİL 130" markalı, 04 BE 163 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində 1985-ci il təvəllüdlü Hümbətov Famil Faiq oğlu və 1981-ci il təvəllüdlü Məmmədov Rəfael Əlizaman oğlu ağır xəsarətlərlə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın