12:00 08 Noyabr 2019 104
Ana səhifə Xəbərlər

Şamaxıda “Mercedes” 45 metr hündürlükdən aşdı - YÜKÜ SEMENT OLUB

Şamaxıda sement dolu yük maşını dərəyə aşıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu sement dolu "Mercedes" markalı yük maşınının sükanı arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi 45 metr hündürlükdən dərəyə aşıb.

Dağdan yuvarlanan an sürücü ağır xəsarətlər alıb və özündən asılı olmayaraq maşından 20 metr kənara düşb. Ölümcül vəziyyətdə tapılan 28 yaşlı Təhmasib Msayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın