00:44 18 Sentyabr 2020 329
Ana səhifə Xəbərlər

Şamaxıda şirkət əməkdaşını cərəyan vuraraq öldürdü

Şamaxı rayonunda 1983-cü il təvəllüdlü Zaur Balabəyovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, özəl tikinti şirkətinin əməkdaşı olan Zaur Balabəyov idarə etdiyi “İVECO” markalı oxlu kran avtomobili ilə beton plitə boşaldan zaman kranın həmin ərazinin üzərindən keçən elektrik xəttinin naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın