18:31 25 May 2020 909
Ana səhifə Xəbərlər

Şamaxının icra başçısı koronavirusa görə karantinə alındı

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov müavini Elxan İbrahimovun koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

APA TV-nin məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib.

“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov onları müşayiət etməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın