04:23 05 Dekabr 2020 220
Ana səhifə Xəbərlər

Samuxda evdə partlayış olub – XƏSARƏT ALAN VAR

Samuxda qaz partlayıb.

Hadisə rayonun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb.

Hadisə zamanı Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın