18:17 11 İyul 2020 500
Ana səhifə Xəbərlər

Samuxda evə basqın edən maskalı şəxslər yaxalandı – İKİ AYDAN SONRA

Bu il mayın 12-də Samuxda evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs həs edilib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, Samux sakini Mətanət Mehbalıyeva rayon Polis Şöbəsinə müraciət edərək 4 nəfər maskalı şəxsin evinə girərək ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini bildirib. Lakin evdə olan qızını və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək qaçıblar.

Müstəntiq İslam Mehtiyevin sözlərinə görə, ev sahibi Mətanət Mehbalıyeva basqınçılara evdə qul və qızılın olmadığını bildirib: “Bundan sonra maskalı şəxslər evi axtarmağa başlayıb. Evdə heç nə tapa bilmədiklərindən çıxıb gediblər”.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimovu saxlayaraq istintaqa təqdim edib.

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvlərindən Tural Qədimov bir müddət əvvəl zərərçəkənin evinin yaxınlığındakı subartezian quyunun nəzarətçisi olub. Qadının evdə tək yaşadığını bilib və dostları ilə birgə plan qurub: “İşləyəndə o evi görmüşdüm. Elə başa düşürdüm ev boşdur. Aradan 5-10 gün keçəndən sonra getdik”.

Saxlanılan Əli Mehdizadə bildirib ki, tanınmasınlar deyə maskadan istifadə edən şəxslər gecə saatlarında öz çirkin niyyətlərini həyata keçirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər: “Maska taxmışdıq, arxa çəpərdən düşdük. Qapıdan içəri girdik. Arvad çıxdı. Sonra da gördük ki, otaqda başqa bir xanım var. Xanımdan da əlavə otaqda körpə uşağın olduğunu da gördük. Bunları görüb evdən çıxdıq”.

Elvin Məmmədov da analoji ifadə verib: “İçəri girəndə mən xanımla qarşılaşdım. Xanımın ağzını tutdum, qadın özündən getdi. Bundan sonra içərini axtarmağa başladıq”.

Tural Süleymanov isə ev sahibindən onları bağışlamasını xahiş edib: “Bağışlasın, üzr istəyirik, peşmanıq. Orada uşaq çıxmamalıydı. Uşağı gördük, mən şokdaydım. Yenə deyirəm, peşmanam, bağışlasın”.

Dəstə üzvlərindən Elvin Məmmədov və Tural Süleymanov digər iki nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştirakları araşdırılır.

Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Samux

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın