22:47 08 Avqust 2020 412
Ana səhifə Xəbərlər

Samuxda minik maşını aşdı - SÜRÜCÜ XƏSARƏT ALIB

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb.

Hərəkətədə olan Mersedec markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü Yaqubov İlqar Kamran oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın