02:33 14 Aprel 2021 53
Ana səhifə Xəbərlər

Samuxda minik maşını aşıb, xəsarət alan var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV yerli bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 3110" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın