15:55 01 Mart 2021 62
Ana səhifə Xəbərlər

Samuxda sakinlər arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1984-cü il təvəllüdlü Elçin Məmmədov və 1976-cı il təvəllüdlü Eldəniz Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki həmin şəxsləri Samux rayon sakini, 1969-cu il təvəllüdlü Asəf Muradov tərəfindən bıçaqlanıb.

Məlumata görə, Qarabağlar kəndində əkin sahəsində Asəf Muradovla Eldəniz Həsənov arasında mübahisə yaranıb. Bu zaman orda oilan Elçin Məmmədov onları ayırmağa çalışıb. Elə bu zaman da Asəf Muradov hər ikisinə bıçaq xəsarəti yetirib. Daha sonra hadisə yerindən qaçıb.

Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, soyuq silahla birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın