11:20 06 Noyabr 2019 52
Ana səhifə Xəbərlər

Saray qəsəbəsində yeni mənzillər sahiblərinə təhvil verilib

Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə 40 mənzil təqdim edilib.

APA TV-nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci illə müqayisədə 3 dəfədən çox - 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib.

Nazir müavini avtomobillərin verilməsi ilə bağlı aparılan işlərlə bağlı bunları deyib: “600-ə yaxın avtomobilə bu kateqoriyadan olan vətəndaşlara təqdim edəcəyik. Bu günə qədər artıq 427 avtomobil verilib. İlin sonuna qədər digər avtomobillər də təqdim olunacaq.

Ümumilikdə ötən dövr ərzində 6868 mənzil təqdim olunub. 6400 avtomobil də müharibə əlillərimizin istifadəsinə verilib”.

Qeyd edək ki, bu gün təqdim edilən 40 mənzilin 38-i şəhid ailələrinə və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın