12:51 01 Avqust 2020 675
Ana səhifə Xəbərlər

Səbaildə qanunsuz ət kəsən 7 nəfər yaxalandı

Paytaxtın Səbail rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Badamdar” qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub. Bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq bölməyə gətirilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.

Saxlanılan şəxslər barəsində protokol tərtib edilib və onların hər biri cərimə ediliblər.

Qeyd edək ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoymadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın