18:38 13 Yanvar 2021 110
Ana səhifə Xəbərlər

Şəhid ailəsinə qarşı dələduzluq edən şəxs tutuldu - TOVUZDA

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Mahal Qurbanov ötən ilin fevral ayında həmkəndlisini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2400 manat pul alıb.

Bundan başqa, saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10.000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın