18:50 13 İyul 2020 480
Ana səhifə Xəbərlər

Şəhid əsgər Elşad Məmmədov Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Elşad Məmmədov dəfn edilib.

APA TV-nin məlumatına görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan baş əsgər Elşad Dönməz oğlu Məmmədov doğulduğu Tovuz rayonunun Ağdam kəndində torpağa tapşırılıb.

Şəhidin dəfnində izdiham yaşanıb. Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputat Qənirə Paşayeva, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, 25 yaşlı şəhid Elşad Məmmədov ailəli olub və 1 övladı var.

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın