23:06 14 İyul 2020 315
Ana səhifə Xəbərlər

Şəhid polkovnik İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib.

APA TV xəbər verir ki, Şəhid polkovnikin cənazəsi evinin qarşısında yüzlərlə şəhər sakinin alqışı ilə qarşılanıb.

“Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirən qələbəlik şəhid polkovnikə ehtiramını bildirib, Ordumuza dəstəyini ifadə edib.

Şəhid polkovnikin dəfn mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, polkovnik İlqar Mirzəyev 1973-cü ildə Bakı şəhərində anadan olmuşdu.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın