19:39 13 İyul 2020 358
Ana səhifə Xəbərlər

Şəhid Vüqar Sadıqov Ağstafada torpağa tapşırılıb

Ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Vüqar Lətif oğlu Sadıqov dəfn edilib.

APA TV-nin qərb bürosunun xəbərinə görə, şəhid doğulduğu Ağstafa rayonunun Göycəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, rəsmilər, həmçinin sakinlər iştirak edirlər.

Qeyd edək ki, şəhid Vüqar Sadıqov ailəli olub və 3 övladı var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın