17:26 14 Yanvar 2021 36
Ana səhifə Xəbərlər

Şəhidlər xiyabanında 20 Yanvar hazırlıqları

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “Şəhidlər Xiyabanı”nda hazırlıq işlərinə start verilib.

APA TV-nin xəbərinə görə, hər il olduğu kimi bu ildə müxtəlif qərənfillərdən ibarət xüsusi kompozisiya hazırlanacaq. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür.

Bundan başqa, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib. Xiyabanda olan işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın