12:46 12 Sentyabr 2020 358
Ana səhifə Xəbərlər

Şəkidə evdən külli miqdarda qızıl-zinət əşyaları və pul oğurlayan dəstə üzvləri yaxalandı

Şəkidə evdən oğurluq edilib.

APA TV-nin məlumatına görə, polis əməkdaşları həmin ünvana baxış keçirən zaman məlum olub ki, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakinləri - Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Onların ətrafında aparılan araşdırma zamanı məlum olub ki, dəstə üzvləri ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı müddətdə ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın