20:58 07 Aprel 2021 165
Ana səhifə Xəbərlər

Şəkidə koronavirus xəstəsi ictimai məkanda aşkarlanıb

Şəkidə koronavirus xəstəsi ictimai məkanda aşkarlanıb.

APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

Tahir Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın