18:32 14 Sentyabr 2020 211
Ana səhifə Xəbərlər

Şəkidə mal tövləsi yandı – EV SAHİBİNİN OĞLU QORXUDAN ŞOKA DÜŞDÜ

Şəkidə baş verən yanğında ev sahibinin yeniyetmə oğlu qorxudan şoka düşüb.

APA TV-nin məlumatına görə, hadisə Mahmud Əliyev küçəsində, Cövdət Qəhrəmanova məxsus evdə qeydə alınıb.

Ümumi sahəsi 48 kvadratmetr olan mal tövləsində baş verən yanğın zamanı tövlənin yanar konstruksiyaları və çardağa yığılan 7 ton quru ot bağlaması yanıb.

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın kəşfiyyatı zamanı tövlədə bir baş iribuynuzlu heyvanın tüstüdən boğularaq tələf olduğu məlum olub. Ev sahibinin 15 yaşlı oğlu Fuad Qəhrəmanov isə qorxudan şoka düşüb. O, hadisə yerinə çağırılan Təcili Tibbi Yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada Fuad Qəhrəmanova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın