17:11 13 Yanvar 2021 44
Ana səhifə Xəbərlər

Şəkidə minik maşını körpüdən aşdı – BİR ÖLÜ, İKİ YARALI VAR

Şəkidə minik avtomobili körpüdən aşıb, ölən və xəsarət alanlar var.

APA TV-nin məlumatına görə, hadisə Daşüz kəndi ərazisində baş verib.

Qax rayonu Şotovar kənd sakini, 1995-ci il təvəllüdlü Rəvan Məcidovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən körpüdən aşıb.

Qəza zamanı sürücü Rəvan Məcidovun qardaşı, 1998-ci il təvəllüdlü Kənan aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Sürücü Rəvan Məcidov və avtomobildə olan digər sərnişin, Qax rayonu Turaclı kənd sakini 1998-ci il təvəllüdlü Hüseyn Hüseynov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın