14:42 07 İyul 2020 385
Ana səhifə Xəbərlər

Şəkidə ustanı elektrik cərəyanı vurub öldürdü

Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saat 19:00 radələrində Şəki şəhəri Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib.

Yüksək gərginlik xəttinin altında yerləşən fərdi yaşayış evinin dam örtüyünü quraşdıran Şəki şəhər sakini, 32 yaşlı usta Nəriman Mustafayevi yüksək gərginlikli elektrik cərəyanı vurub. O. aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki RAYON ŞÖBƏSINƏ təhvil verib.

Faktla əlaqədar araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın