14:21 22 Noyabr 2020 611
Ana səhifə Xəbərlər

Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

həmin şəxsin rayonun Qoxmuq kənd sakini Fərrux Nəsibov olduğu müəyyən edilib. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq Fərrux Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

Fərrux Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın