05:20 21 Noyabr 2019 72
Ana səhifə Xəbərlər

Şəkidə yaşayış binasında yanğın olub

Şəkidə ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ümumi sahəsi 1200 kv. m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində, Nigar Məmmədovaya məxsus sahəsi 84 kv. m olan mənzildə qeydə alınıb.

Olay yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın baş verən mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın nəticəsində 3 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kv. m sahədə, binanın dam örtüyü 24 kv. m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın