03:20 07 Aprel 2020 248
Ana səhifə Xəbərlər

Şəmkir sakini evini və ailə üzvlərini niyə yandırıb? – TƏFƏRRÜAT

Ötən axşam Şəmkirdə baş verən dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 23:30 radələrində rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Əkbər oğlu Yaqubov ailə üzvləri ilə mübahisə edib. Daha sonra o, həyat yoldaşı, oğlu, gəlini və azyaşlı nəvələrindən evi tərk etmələrini tələb edib. Əks halda, onları evlə birlikdə yandıracağı ilə təhdid edib.

Tələbi yerinə yetirilməyən ev sahibi 6 otaqlı evə benzin tökərək əşyaları ilə birlikdə yandırıb. Bu zaman onun ailə üzvləri - həyat yoldaşı, oğlu, gəlini və azyaşlı nəvəsi yanıq xəsarətləri alıb.

Məlumata görə, yanğın mənin durduğum ərazidə başlayıb. Yanğını törədən şəxs digər otaqda yaşayırmış. Hadisə baş verən zaman ailə üzvləri bu otaqda olublar.

Hadisə zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Əkbər Vəli oğlu Vəliyev, 32 yaşlı Nərgiz Zahid qızı Hüseynova və 4 yaşlı Banu Əkbər qızı Vəliyevanın vəziyyətləri ağır olduğundan, Bakı şəhərinə göndərilib. 54 yaşlı Nüşabə Vəli qızı Yaqubovanın vəziyyəti isə qismən yüngüldür. 3 yaşlı Ömər Əkbər oğlu Vəliyev yanğın zamanı xilas edilib.

Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub: “Mənim xalam oğludur. Aralıda yaşayıram. Gecə uşaqlar zəng edib, xəbərim olmayıb. Səhər-səhər baxdım ki, telefona zəng gəlib kənddən. Gəldim qardaşıgilə, yaxında olurlar. İndi də gəlib baxırdıq görək necə olub. Baxdım ki, hamısı yanıb, kül olub gedib. Polisə düşüblər, ayrılıblar, evdən qovub. Deyib, gəlini mən burda qoymuram. Vəli deyirdi çıx. Onlar da hara bu soyuqda hara çıxsınlar? Orada həyəti var. İmkanı yoxdur ki, gedib orada dam tikə”.

KM Qonşular isə hadisədən səhər tezdən xəbər tutublar.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1963-cü il təvəllüdlü Vəli Yaqubov tutulub. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın