18:17 12 Fevral 2020 806
Ana səhifə Xəbərlər

Şəmkirdə istixanada yanğın – GÖZƏTÇİ YANARAQ ÖLDÜ

Şəmkirdə istixanada baş verən yanğın zamanı gözətçi ölüb.

APA TV-nin xəbərinə görə, hadisə rayonun Qədimqala kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 12 kvadratmetr olan gözətçi otağı və ona bitişik qazanxananın dam örtüyünün bir hissəsi yanıb.

Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın