22:13 21 Yanvar 2021 61
Ana səhifə Xəbərlər

Şəmkirdə jurnalist qətlə yetirilib

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın