18:04 06 İyul 2020 366
Ana səhifə Xəbərlər

Şəmkirdə karantin rejimini pozan çayxana sahibləri həbs edildi

Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri saxlanılıb.


APA TV-nin qərb bürosunun məlumatına görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı Çinarlı qəsəbəsində yerləşən bir neçə kafe sahiblərinə dəfələrlə xəbərdarlıq edilsə də, obyekt sahiblərinin qaydalara əməl etmədiyi müəyyən edilib. Bu səbəbdən qəsəbə sakinləri Elnur Məcidov və Xəqani Süleymanov inzibati qaydada həbs edilib.


“Məcidov Elnur Mübariz oğlu və Süleymanov Xəqani Telman oğlu işlətdiyi kafedə müştərilərin əyləşdiyi masalarda sosial məsafəyə riayət etməyərək, stolüstü oyunlar təşkil edib və karantin rejimi qaydalarını kobud şəkildə pozmaqla polisin qanuni tələblərinə qəsdlə tabe olmayaraq, əhalinin sağlamlığı üçün real təhlükə yaradıb”.
Obyekt sahibləri Elnur Məcidov və Xəqani Süleymanov gec də olsa, səhv etdiklərini anlayıblar. Onlar əməllərinə görə peşman olduqlarını və bu kimi halların yol verilməz olduğunu etiraf ediblər:


“Çinarlı qəsəbəsində çayxana işlədirdim. Bizə xəbərdarlıq olundu ki, ara məsafəsini qoruyaq. Biz əməl etmədik, karantin rejimini pozduq”.
“Biz səhv etmişik. Məsafəni az qoymuşuq. Ona görə də peşmanıq. Əhalidən xahiş edirik ki, karantin rejiminə riayət etsinlər”.


Hər iki şəxsin barəsində protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın