08:00 22 May 2020 394
Ana səhifə Xəbərlər

Şəmkirdə qanunsuz balıq ovlayan şəxs yaxalandı

Şəmkir Su polisi qanunsuz balıq ovçusunu saxlayıb.

APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşlarının 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə keçirdiyi əməliyyat zamanı 1976-cı il təvəllüdlü Elşən Əhmədov qanunsuz balıq ovu ilə məşğul olduğu üçün saxlanılıb.

Yoxlama zamanı ondan balıq ovu üçün lazım olan ləvazimatlar və 19 ədəd balıq aşkar edilərək maddi sübut kimi götürülüb.

Sorğu zamanı Elşən Əhmədov həmin balıqları qanunsuz olaraq ovladığını etiraf edib.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın