16:45 01 İyul 2020 372
Ana səhifə Xəbərlər

Şəmkirdə toy keçirilən kəndin icra nümayəndəsi işdən çıxarılıb

Şəmkir rayonunun Xuluf kəndində ötən gün kiçik toy mərasimi keçirilən kəndin icra nümayəndəsi işdən azad olunub.

Bu barədə APA TV-nin yerli bürosuna Şəmkir Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Xuluf kənd icra nümayəndəsi Süleyman Həsənov həmin hadisə ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargaha vaxtında məlumat vermədiyinə, zamanında təsirli tədbirlər görüb sakinlər tərəfindən epidemiya əleyhinə rejimin pozulması halının qarşısını ala bilmədiyinə, işində verdiyi nöqsanlara görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə dərhal işdən azad edilib.

Nümayəndəliyin müavini və mühasibinə isə xidməti töhmət verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın