16:55 15 Yanvar 2020 1174
Ana səhifə Xəbərlər

Şəmkirdən Bakıya piyada gəlir

Şəmkir sakini Bakıya piyada yürüşə başlayıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, çiynində Azərbaycan bayrağı olan 35 yaşlı Səyyar Musayev yaşadığı Şəmkir rayonundan paytaxta qədər məsafəni piyada qət etməyi planlaşdırıb.

S.Musayevin piyada getməkdə məqsədi Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkməkdir. O, 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür. Səyyar artıq yolun bir hissəsini arxada qoyaraq Goranboy rayonuna çatıb.

Əməkdaşlarımızla söhbətləşən Şəmkir sakini gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib. Onu yolda görənlər isə çay, çörək təklif etməklə yanaşı, şəkil də çəkdirirlər. Yorulmadan yoluna davam edən Səyyar Musayev yanvarın 20-də səhər saatlarında Şəhidlər Xiyabanına çatmaq niyyətindədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın