14:00 07 Oktyabr 2019 34
Ana səhifə Xəbərlər

Sergey Markov: “Paşinyan parlamentdə güllələnmək istəmir”

“Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin “Kazan formulu” əsasında nizamlanmasında maraqlıdır. Bu isə o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı torpaqları geri qaytarır və bunun əvəzində 2 dəhliz əldə edir. Bu rayonlar ətrafında demilitarizasiya həyata keçirilir və blokada şəraiti ləğv olunur”.

APA TV-nin xəbərinə görə, bunu rusiyalı politoloq Sergey Markov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan ətraf rayonları Dağlıq Qarabağın tanınması qarşılığında azad etmək niyyətindədir: "Lakin bunun qarşılığında tanınmanı yox, blokadanın qaldırılmasını əldə etsələr, çoxları bu kompromisi yetərli hesab etməyəcək. Paşinyan, sadəcə, bundan qorxur. Ermənistan parlamentində güllələnmə hadisəsi yadınızdadır. Paşinyan həmin taleni yaşamaq istəmir”.

Sergey Markov qeyd edib ki, Ermənistan baş naziri bu məsələdə bütün məsuliyyəti Dağlıq Qarabağın erməni icması ilə bölüşmək istəyir: “Bildiyiniz kimi, Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizləmə təhlükəsi ilə üz-üzə qaldığı üçün bölgəni tərk etmək məcburiyyətində qalıb. Buna görə də o, siyasi məsuliyyəti öz üzərindən atmaq üçün referendum keçirməlidir. Azərbaycan isə artıq gözləməkdən yorulub. Seçkilər, inqilab, erməni hökumətinin formalaşması və s. Nə qədər gözləmək olar?!”

Politoloq “Rusiya diplomatiyası strateji səbir nümayiş etdirən Azərbaycana daha hörmətlə yanaşır” - deyə sözlərinə əlavə edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın