04:00 11 Sentyabr 2019 26
Ana səhifə Xəbərlər

Səyyar Asan xidmət iş başında - BU DƏFƏ BİNƏDƏ

Xəzər rayonun Binə qəsəbəsində Səyyar Asan xidmət fəaliyyətə başlayıb.

APA TV-nin məlumatına görə, paytaxtdakı mərkəzlərə gələ bilməyən Binə və digər yaxın qəsəbələrin sakinləri qurumun səyyar xidmətlərindən yararlana bilir. Vətəndaşlar göstərilən xidmətdən razı qaldıqlarını bildirir: “Çox gözəldir. Cənab prezident sağ olsun ki, bizim üçün belə bir gözəl şərait yaradıb. İşimizdən, vaxtımızdan sərf eləmirik. “ASAN xidmət”in nümayəndələri özləri yaxınlaşır. Bizə xidmət göstərirlər. Çox gözəl. Vaxt itkisi də demək olar ki, 4-5 dəqiqədir. Hər şeyə görə minnətdaram. Çox sağ olun”.

“ASAN xidmət”dən vəsiqə almağa gəlmişdim. Burada hər şey çox rahatdır. Qısa müddətdə məni vəsiqə ilə təmin etdilər. İndi şəkilli vəsiqəmi aldım. Göstərilən xidmətdən razı qaldım”.

Artıq 10 gündür, Binə qəsəbəsində fəaliyyət göstərən Səyyar Asan xidmət notariat fəaliyyət, vətəndaşlıq aktlarının dövlət qeydiyyatı, əmək pensiyalarının təyinatı, həmçinin şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi və digər xidmətləri həyata keçirməkdədir. Agentliyin rəsmisi Kənan Osmanov bildirdi ki, gələcəkdə Səyyar ASAN xidmətin fəaliyyət arealı daha genişlənəcək:

Qeyd edək ki, hazırda “ASAN xidmət”in səyyar avtobusları Sabunçu rayonunun Maştağa, Qaradağ rayonunun Lökbatan və Binəqədi rayonunun eyni adlı qəsəbəsində də vətəndaşlara xidmət göstərməkdədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın