08:00 10 Avqust 2019 35
Ana səhifə Xəbərlər

”Sibiryak” ləqəbli narkotacir saxlanıldı - HACIQABULDA

Hacıqabulda narkotacir saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, narkotik vasitələr satmaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu kriminal aləmdə “Sibiryak” ləqəbi ilə tanınır. Polis şöbəsində axtarış zamanı onun üzərində 31 bükümdə narkotik vasitə olan heroin aşkar edilib. Yaşadığı evdən və həyətyanı sahədən isə 3 ədəd çətənə-kannabis bitksi aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın