19:22 18 Yanvar 2021 90
Ana səhifə Xəbərlər

Silahı qəbiristanlıqda gizlətdi, narkotiki isə... – QAZAXDA ƏMƏLİYYAT

Qazax sakinindən narkotik və odlu silah götürülüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi ilə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini Afiq Məmmədov saxlanılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 455 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb: “Onun Qazax şəhər ərazisindəki qəbiristanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı “AKM-72” tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb”.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Saxlanılan Afiq Məmmədov polisdən çəkindiyi üçün odlu silahı qəbiristanlıqda basdırdığını, narkotiki isə şəxsi istifadəsi üçün çay kənarından topladığını deyib: “Qazaxda bir-iki nəfəri silahla tutdular. Dedim yəqin içkili olub, kiminsə də yanında danışaram. Ona görə də onu ordan götürüb başqa yerə aparmaq istədim. Heç nə. Dəmir yoluna çatanda məni tutdular”.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın