Şirvanda 3 avtomobil toqquşdu: 2 nəfər ağır yaralıdır
Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.
“KamAZ”, “Lada Priora” və “VAZ 2106” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbə sakini, 1974-cü il təvəllüdlü Teymurov Habil Adil oğlu travmatologiya şöbəsinə, digər sərnişin Hacıqabul rayonunun Paşalı kənd sakini, 1974-cü il təvəllüdlü Pənahov Füzuli Vaqif oğlu isə kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.