17:20 19 Avqust 2019 38
Ana səhifə Xəbərlər

Şirvanda eyvan uçdu - XƏSARƏT ALAN VAR

Şirvan şəhərində yaşayış binalarından birində eyvan uçub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Nərimanov küçəsi 9, mənzil 19-da qeydə alınıb. Dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub. Həmin vaxt eyvanda olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb. Bina sakinləri qadını uçqunun altından çıxarıb. Lətifə Şirinova ayağının açıq qəlpəli sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Hadisə zamanı xəsarət alanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən xilas edilib. Həmin sırada yerləşən binaların eyvanlarının yenidən qurulmasına qərar verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın