13:15 10 İyul 2020 367
Ana səhifə Xəbərlər

Şirvanda içki məclisi qətllə bitdi

Şirvanda dostların içki məclisindən sonrakı mübahisəsi qətllə bitib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 03:00 radələrində Şirvanda yerləşən “Sürücülük məktəbinin yataqxanası” kimi tanınan binanın qarşısında baş verib.

Gecə yarısı yaşadıqları yataqxananın yaxınlığında yerləşən kafedə yeyib içən şəxslərdən həmin yataqxanada yaşayan Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Şamil Sulduz oğlu Əliyev içki məclisində aralarında yaranan mübahisə zəminində Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü İlqar Hümbət oğlu Rzayevi qarın nahiyəsindən bıçaqla vurub. Sonuncu təcili yardımla xəstəxanaya aparılarkən yolda keçinib.

Qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Qətldə istifadə olunan bıçaq hadisə yerindən yüz metr aralıda tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın