02:40 17 Oktyabr 2019 109
Ana səhifə Xəbərlər

Şirvanda mikroavtobusla “Jiquli” toqquşdu - SÜRÜCÜ ÖLDÜ

Şirvanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumnatına görə, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. Şirvan sakini - 1976-cı il təvəllüdlü Babayev Teymur Hüseynağa oğlunun idarə etdiyi “Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı 10 saylı marşurut üzrə işləyən mikroavtobus və həmyerlisi - 1992-ci il təvəllüdlü Cavadov Muradəli Elçin oğlunun idarə etdiyi “VAZ 21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 21014” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mikroavtobusun sürücüsü isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qəza yolda böyük tıxacın yaranmasına səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın