20:00 22 Avqust 2019 134
Ana səhifə Xəbərlər

Şirvanda yaşayış massivi yaxınlığında yanğın - TƏBİƏTƏ CİDDİ ZİYAN DƏYDİ

Şirvanda “Bağ Evləri” massivinin ətrafında 4 hektara qədər ərazidə yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avqustun 21-də saat 15:00 radələrində başlayan yanğın böyük bir ərazini əhatə edib. Quru ot və qamışlar yanaraq fərdi yaşayış evlərinə yaxınlaşıb. Bəzi evlərin ətrafı Şirvan yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə söndürülüb və alovun yaşayış evlərinə keçməsinin qarşısı alınıb. Ərazidə çoxlu sayda ağac yanıb. Yanğının baş verdiyi əraziyə quru vasitəsi ilə texnikanın yaxınlaşması qeyri mümkün olduğundan yanğının söndürülməsində çətinliklər yaşanıb. Qeyd edək ki, yanğın baş verən ərazi Hacıqabul gölündən Baş Şirvan kollektoruna axan suyun məcrasında yaranan böyük qamışlıq ərazisidir və həmin ərazinin özünəməxsus flora və faunası var.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın