16:36 27 İyun 2020 536
Ana səhifə Xəbərlər

Siyəzəndə narkotik yetişdirən şəxslər yaxalandı – 60 KQ NARKOTİKLƏ

Siyəzən polisi 60 kiloqrama yaxın narkotiki dövriyyədən çıxarıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 57 kiloqram 530 qram çətənə bitkiləri aşkar edilərək götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində eyni əməllə məşğul olan rayon sakini, Zəfər Qəniyev də saxlanılıb. Onun həyətyanı sahəsindən də 2 kiloqramdan artıq çətənə bitkiləri aşkarlanıb.

Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər: “Çoxdan çəkəniyəm. Həyətimdə tum atmışdım çıxdı. Polislər də gəldi, yerini soruşdular dedim. 14-15 yaşımdan istifadə edirəm. Peşmanam”.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın