16:22 13 Avqust 2020 475
Ana səhifə Xəbərlər

Siyəzəndə yas mərasimi keçirənlər cərimələndi

Siyəzəndə karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi Məzahir Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər. Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində protokol tərtib edilərək cərimə olunublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın