13:51 08 Aprel 2021 64
Ana səhifə Xəbərlər

SOCAR-ın baş ofisində vaksinasiya prosesi keçirilir

"Hazırda vaksinasiya üçün səyyar briqadalar təşkil olunur. Səyyar briqadaların təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir".

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olan müraciətlərə əsasən, belə səyyar briqadalar təşkil olunur: “Bir neçə qurumda artıq səyyar briqadalar təşkil olunub. Bunlardan “Azərişıq”, “Azəriqaz” və SOCAR-ı deyə bilərəm. “ASAN Xidmət”in bir neçə mərkəzində səyyar briqadalar təşkil olunub. İki gündür ki, SOCAR-ın baş ofisində səyyar vaksinasiya keçirilir. Bu gün 150 nəfərə yaxın əməkdaşın vaksinasiyası həyata keçiriləcək. Ümumilikdə isə 1000 əməkdaşın könüllü şəkildə peyvənd olunması nəzərdə tutulub”.

Qeyd edək ki, SOCAR-ın baş ofisində vaksinasiya prosesinin düzgün və sürətli aparıla bilməsi üçün bütün lazımi şərait yaradılıb. Müraciət edən əməkdaşlar öncə lazımi yoxlamalardan keçir, daha sonra vaksin vurulur. Post-vaksin otağında bir qədər gözlədikdən sonra evlərinə göndərilirlər.

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın