14:01 08 Mart 2021 69
Ana səhifə Xəbərlər

Sosial şəbəkə vasitəsilə narkotik əldə edən şəxs saxlanılıb – ƏMƏLİYYAT

Cəlilabad polisi sosial şəbəkə vasitəsilə narkotik əldə edən şəxsi yaxalayıb və ondan 8 kiloqrama yaxın güclü təsir edən narkotik vasitə aşkarlanaraq götürülüb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Rəşad Əliyev və Abşeron rayon sakini Qalib Əliyev sonuncunun idarə etdiyi avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin avtomobilə keçirilən baxış zamanı ordan Rəşad Əliyevə məxsus ayrı-ayrı bağlamalarda ümumi çəkisi 4 kiloqram 670 qram narkotik vasitə heroin, 270 qram psixotop maddə metamfetamin və 2 kiloqram 870 qram həşiş qətranı aşkarlanaraq götürülüb. Rəşad Əliyevin həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkə vətəndaşından əldə etdiyi müəyyən edilib.

İran vətəndaşı ilə instagram-da tanış olmuşdum. Baba deyirdilər. 140-cı km yazısının altında bağlama qoymuşdu. Mən bağlamanı götürüb Bakı şəhərinə aparmalıydım, mənə 1000 manat pul veriləcəkdi. Gəldim o bağlamanı götürdüm, ayağımın altına qoydum, elə tərpənmək istəyirdim, maşınla polis əməkdaşları yaxınlaşdı.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın