08:40 07 Noyabr 2019 37
Ana səhifə Xəbərlər

“Sovet dövründə Türkiyəni Vətən seçənlər” - GƏNCƏDƏ FOTOSƏRGİ

Gəncədə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılıb.

APA TV-nin qərbi bürosunun məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Türkiyənin Gəncədəki konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edib. Sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd foto nümayiş olunub. Sərginin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacirət etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.

Sərgidə həmçinin Nəsib bəy Yusifbəylinin bacısının nəticəsi də iştirak edib. Müsahibimiz APA TV-yə bildirib ki, evdəki arxivlərində olmayan şəkilləri burda görüb.

Qeyd edək ki, sərgi noyabrın 15-dək Gəncədə davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın