17:18 07 İyul 2020 392
Ana səhifə Xəbərlər

Sumqayıt polisi supermarket və apteklərdə reyd keçirib

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər keçirilib.

APA TV-nin xəbərinə görə, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyektlərin əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Həmçinin tədbir zamanı kassalar qarşısında növbələrin yaranmasının qarşısını almaq məqsədilə marketlərdə işləməyən kassaların da fəaliyyəti polislərin müdaxiləsindən sonra bərpa edilib. Supermarketlərdə maska və əlcəksiz işləyən kassirlər aşkar olunduğu təqdirdə isə həmin obyekt sahibi ciddi cəzalandırılıb.

Tədbir zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyən tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.

Reydlər zamanı polislər tərəfindən market və aptek sahiblərinə, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın