17:52 04 İyul 2020 548
Ana səhifə Xəbərlər

Sumqayıt sakinləri icazə alıb Qubaya oğurluğa getdilər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən iki nəfəri saxlayıb.


DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Samir Dadaşov və Elçin Abdullayev olduqları müəyyən edilib.


Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib. Məlum olub ki, həmin şəxslər yaşadıqları ərazini icazə sistemində Elçin Abdullayevin adına mebel ustası kimi qeydiyyata alınan və ölkə ərazisi üzrə hərəkət etməyə icazə verən sənəd vasitəsilə tərk edərək Qubaya gəliblər və burada oğurluq hadisəsini törədiblər.
Elçin Abdullayev hadisəni belə təsvir edib: “Mənim bütün rayonlara keçməyə icazəm var, ustayam çünki. Mən Samirlə gəldim Qubaya. Onun icazəsi yox idi deyə, torpaq yolla keçdi. Tezdən görüşdük. Qayıdan başı Samir oğurluq elədi və polislər bizi tutdular”.


Samir Dadaşov da oxşar ifadə verib: “Elçinlə Qubaya gəldik. Onun icazəsi var idi, mən isə torpaq yolla keçdim. Qayıdanda oğurluq etdim və peşmanam”.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın