23:20 14 Avqust 2019 34
Ana səhifə Xəbərlər

Sumqayıtda çeçen öldürüldü - ŞÜBHƏLİ ŞƏXS SAXLANILDI

Sumqayıtda qətl törədilib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında - sənaye zonasında qeydə alınıb. 44 yaşlı Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində öldürülüb. O, ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb. Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın