16:59 20 Yanvar 2021 69
Ana səhifə Xəbərlər

Sumqayıtda karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələndi

Sumqayıtda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.

APA TV-nin məlumatına görə, polis idarəsinə daxil olan məlumat əsasında Sumqayıt şəhəri Corat bağları yaşayış massivində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafedə əməliyyat keçirilib. Obyektə baxış zamanı kafe sahibi İntiqam Balakişiyev və 16 müştəri xüsusi karantin qaydalarını kobud şəkildə pozduqlarına görə saxlanılıblar. Həmin şəxslər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə gətirilib.

Müştərilər hər biri 200 manat məbləğində cərimələniblər.

Kafeni işlədən İntiqam Balakişiyev barəsində toplanan materiallar, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın