11:37 01 Mart 2021 48
Ana səhifə Xəbərlər

Sumqayıtda marketdən 800 manatlıq oğurluq edildi

Sumqayıtda fəaliyyət göstərən marketlərindən birindən oğurluq edilib.

APA TV-nin məlumatına görə, hadisə ötən gecə saatlarında şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Zərərçəkmiş Nasir Əliyev deyir ki, obyektə daxil olan naməlum şəxs və ya şəxslər ona küllü miqdarda ziyan vurublar. Ən maraqlısı bundadır ki, oğrular içəri keçmək üçün marketin hər hansı bir hissəsini qırmayıblar. Zərərçəkən Nasir Əliyev deyir ki, qapıları açarla açaraq içəri giriblər: “Səhər saatlarında gəldim zavod çörəyini qəbul eləməyə, açarı vurdum birinci, gördüm qapı üzümə açıldı. Girdim içəri gördüm qəpiklər yerdə. Qəpiyi yerinə qoyanda gördüm qəpik qabında dolu idi yoxdur götürüblər. Enerji içkiləri, soklar, şirniyyatlar çəki ilə, araqlar, siqaretlər heç yoxdur aparıblar. Ümumilikdə 700-800 manat ziyan vurublar. Qapıya zədə dəymədən, iki dənə açarı açıb giriblər öz işlərini görüblər aparıblar”.

Qeyd edək ki, ərazidə və ya marketdə hər hansı bir təhlükəsizlik kamerası yoxdur.

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın